EN

Azərbaycanda təcili yardım xidməti cərimələnə bilər

Naxçıvan Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti cərimələnə bilər.

 

Modern.az-ın məlumatına görə, qurum barəsində barədə aidiyyəti qurum tərəfindən inzibati protokol tərtib edilib.

 

Təcili Yardım Xidməti İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsini pozmaqda ittiham edilib.

 

İşə Naxçıvan Naxçıvan Şəhər Məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.

 

Protokol təsdiq edilərsə, qurum 5 min manat məbləğdə cərimələnə bilər.

Chosen
16
modern.az

1Sources