EN

Putin “Oreşnik”lə bağlı danışdı - "Hədəflər müəyyənləşdirilir"

“Rusiya düşmənin fəaliyyətinə cavab olaraq “Oreşnik” raket kompleksinin döyüş sınaqlarını davam etdirəcək”.

Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna dəfələrlə Moskva və Sankt-Peterburqda hədəflərə hücum etməyə cəhd edib.

Putin qeyd edib ki, buna cavab olaraq Baş Qərargah və Müdafiə Nazirliyi Ukrayna ərazisində “Oreşnik”lə vurula biləcək hədəfləri müəyyənləşdirir: “Bunlar Kiyevdə qərar qəbuletmə mərkəzləri, hərbi obyektlər, müdafiə sənayesi müəssisələri ola bilər”.
Chosen
24
bakupost.az

1Sources