EN

Azərbaycan Çin Beynəlxalq Təchizat Zənciri Sərgisində - FOTOLAR

Pekində 2-ci Çin Beynəlxalq Təchizat Zənciri Sərgisi (CISCE) keçirilir. SİA xəbər verir ki, “Dünyanı ortaq gələcək üçün birləşdirək” devizi altında keçirilən sərgi dövlət rəsmilərinin, şirkət rəhbərlərinin, ekspertlərin iştirakı ilə sənaye və təchizat zənciri sahələrində beynəlxalq əməkdaşlığın təşviqinə fokuslanıb.

Sərgidə tanınmış sənaye, texnologiya, kommunikasiya, logistika şirkətləri ən son texnologiyalarını və innovativ həllərini təqdim edir.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə sərginin ekspozisiya sahəsində Azərbaycan stendi fəaliyyət göstərir. Stenddə ölkəmizin əlverişli biznes sərmayə mühiti, sənaye parklarının və iqtisadi zonaların, o cümlədən Ələt Azad İqtisadi Zonasında iş adamlarına və investorlara təklif olunan imtiyazlar, Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadi potensialı, ölkəmizin yaşıl keçid imkanları təqdim olunur.

Qeyd edək ki, ötən ildən keçirilən CISCE dünyada təchizat zənciri məsələsinə aid ölkə səviyəsində ilk sərgidir. Builki sərginin iştirakçıkarının 32 fazini xarici şirkətlər təşkil edir. Sərgidə təchizat zənciri üzrə araşdırma, inkişaf, dizayn, yeni materialların tətbiqi, əsas komponent və proseslər, ağıllı istehsal, ən son xidmətlər və məhsullar nümayiş olunur. Noyabrın 30-dək davam edəcək sərgini 200 min peşəkar iştirakçının (şirkət nümayəndələri və ekspertlər) ziyarət edəcəyi gözlənilir.

Chosen
25
2
sia.az

3Sources