EN

"QHT rəqəmsallaşma istiqamətində fəaliyyət göstərə bilmir" - QHT sədri

“Kitab Evi” İctimai Birliyinin sədri Adilə Nəzərova QHT.az-a açıqlamasında təşkilatın rəqəmsal kitablar və audiokitablar üzərində işləmək istiqamətində fəaliyyətsizliyinin səbəblərini izah edib.

"Heyif ki, bu istiqamətdə fəaliyyətimiz yoxdur. Bunun əsas səbəbi ofisimizin və uyğun şəraitin olmamasıdır. Şəxsən audiokitablar üzərində işləməyi çox sevirəm və həvəslə yanaşıram. Müasir dövrdə rəqəmsal kommunikasiyaların ön planda olduğu bir zamanda ictimai birliklər kitabxanalarla yanaşı bu sahədə də çalışsalar, daha faydalı olar. Amma rəqabət mühiti yaradılmadan keyfiyyət də artmır," - deyə Adilə Nəzərova vurğulayıb.

O, eyni zamanda rəqəmsal kitabxanaların bölgələrdəki vəziyyətini dəyərləndirib:

“Mərkəzdəki akademik kitabxanalarda rəqəmsal mühit olsa da, bölgə kitabxanaları bu baxımdan geri qalır. İnternetin zəif olduğu ucqar kəndlərdə rəqəmsallaşma çətinliklərlə üzləşir. Bu, təbii olaraq, ənənəvi kitab oxuma vərdişlərini qorumağa imkan yaradır və bu balans normaldır”.

QHT sədri qeyd edib ki, təşkilatın fəaliyyətinin genişlənməsi və rəqəmsallaşma sahəsində layihələrin icrası üçün dəstək və resurslara ehtiyac var.

 

Pərvanə Fərhadqızı

Chosen
20
qht.az

1Sources