"Dünyada hər 7 gəncdən 1-i psixi sağlamlıq problemləri ilə mübarizə aparır". Manset.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Ghebreyesus özünün "X" sosial şəbəkəsinə psixi sağlamlıq problemləri ilə bağlı yazı paylaşıb. Onun sözlərinə görə, dünyada hər 7 gəncdən 1-nin psixi sağlamlıq problemi var və 15-29 yaşlarında ölümlərin 3-cü səbəbi intihardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanan bələdçiliyin hər bir ölkəyə uşaqlar və gənclər üçün ruh sağlamlığı xidmətlərinə daha yaxşı çıxışı təmin etmək və bu sahədə xidmətlərin keyfiyyətini yüksəltmək üçün necə addım atmalı olduğunu göstərdiyini vurğulayıb. O, bələdçiliyin dəyişiklik yaratmağa ilham verəcəyinə inandığını bildirib.