EN

MDB ölkələrinin Hökumət başçıları Moskvaya toplaşacaq - Bu tarixdə

Dekabrın 12-də Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurası keçiriləcək.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Birliyin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov məlumat verib.

"MDB ölkələrinin Hökumət Başçıları Şurası dekabrın 12-də Moskvada keçiriləcək", - o, Minskdə Birliyin daimi nümayəndələrinin iclasından əvvəl jurnalistlərə bildirib.

MDB Dövlət Başçıları Şurası MDB-yə üzv dövlətlərin bütün yüksək vəzifəli şəxslərinin daxil olduğu Müstəqil Dövlətlər Birliyinin ali orqanıdır. Əsas məsələlərlə, MDB nizamnaməsində dəyişikliklər, MDB orqanlarının strukturunda dəyişikliklərlə məşğul olur. Şuranın müntəzəm iclasları hər il keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
2
olaylar.az

10Sources