Xalq artisti Bilal Əliyev dolanışıq çətinliklərdən danışıb.
Bu barədə o, "Qonaqcanlı" verilişində deyib:
"Atam gecəsini gündüzə qatıb. 10 övladı olub, çox yerdə işləyirdi. Elə vaxt olub ki, evdə yeməyimiz olmayıb. Anam atama evdə çörək belə olmadığını bildirib. O vaxt 30 kiloluq yağlar olurdu, onu bölürdü, bir də qoçu soyulmuşdu halda, avtobusa qoyurdu ki, aparım evə.
Atam restoranda kababçı işləyib. Zaman keçdikcə oranın müdiri oldu. Vəziyyətimiz düzəldi"./milli.az
Tarix: 28 Noyabr 2024, 17:21