İngiltərənin Çeşir şəhərində ana qızını 3 ilə yaxın şkafda gizlədib.
“Cebheinfo.az" xəbər verir ki, hadisənin üstü qadının sevgilisi tərəfindən qızın tapılması ilə üzə çıxıb.
Məhkəmə qadını 7 il 5 ay həbs cəzasına məhkum edib.
Uşağın ciddi fiziki və əqli inkişaf geriliyindən əziyyət çəkdiyi, gigiyena qaydalarına riayət edilməməsi və düzgün qidalanmaması səbəbindən sağlamlıq vəziyyətinin təhlükədə olduğu bildirilib.