EN

“Globe Soccer Awards”ın namizədləri müəyyənləşdi


“Globe Soccer Awards” ilin ən yaxşı oyunçusu mükafatının namizədlərini təqdim edib.
Yeniavaz.com
mükafatın rəsmi saytına istinadla xəbər verir ki, mükafat üçün əsas namizədlər Cud Bellingem (“Real Madrid”), Antuan Qrizmann (“Atletiko”), Viktor Dyökeres (“Sportinq”), Erlinq Holan (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Toni Kroos (“Real Madrid”), Robert Levandovski (“Barselona”), Ademola Lukman (“Atalanta”), Lautaro Martines (“İnter”), Kilian Mbappe (“Real Madrid”), Lionel Messi (“İnter Mayami”), Koul Palmer (“Çelsi”), Rodri (“Mançester Siti”), Kriştianu Ronaldo (“Əl Nəsr”), Məhəmməd Salah (“Liverpul”), Vinisius Junior (“Real Madrid”) və Lamin Yamaldır (“Barselona”).
Digər tərəfdən, “Globe Soccer Awards” ilin ən yaxşı məşqçisi adına namizədlərin adlarını da açıqlayıb. Mükafata əsas namizədlər Xabi Alonso (“Bayer Leverkuzen”), Karlo Ançelotti (“Real Madrid”), Mikel Arteta (“Arsenal”), Luis de la Fuente (İspaniya millisi), Can Pyero Qasperini (“Atalanta”), Pep Qvardiola (“Mançester Siti”) və Simone İnzaqidir (“İnter”).
Həmçinin, “Globe Soccer Awards”a görə ilin ən yaxşı klubu mükafatı uğrunda mübarizənin namizədləri məlum olub.
Mükafata iddiaçılar İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti”, İtaliyanın “İnter Milan”, Almaniyanın “Bayer Leverkuzen”, İtaliyanın “Atalanta”, Səudiyyə Ərəbistanını “Əl-Əhli”, Barziliyanın “Atletiko Mineyro”, yenə Braziliyanın “Botafoqo”, Yunanıstanın “Olimpiakos” və Portuqaliyanın “Sportinq” klublarıdır.
Chosen
16
19
yeniavaz.com

10Sources