EN

Yuri Syomin "Qarabağ"a inanır

“Qarabağ” bu gün “Lion”u məğlub edə bilər.

İdman.biz xəbər verir ki, bunu Azertac-a açıqlamasında rusiyalı mütəxəssis Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsində bu gün Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur oyunla bağlı danışıb. O, avrokubok təcrübəsinin bugünkü matçda Ağdam təmsilçisinə kömək edəcəyini bildirib: “Oyunçuların, məşqçi heyətinin beynəlxalq matçlarda böyük təcrübəsi var. Bu komanda dəfələrlə nəyə qadir olduğunu göstərib. Qurban Qurbanovun kollektivi həm doğma meydanda, həm də səfərdə güclü rəqiblərlə başabaş mübarizə aparıb. Bu gün “Lion”la da görüşdə layiqli çıxış edəcəklər”.

Vaxtı ilə “Qəbələ” komandasının baş məşqçisi olmuş Y.Syomin azarkeş dəstəyinin önəmli olduğunu vurğulayıb: “Fanatların stadionda sonadək komandanı dəstəkləməsi çox vacibdir. Azarkeş 12-ci oyunçu deməkdir. “Qarabağ”a bugünkü oyunda uğurlar arzulayıram”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

İdman.biz

Chosen
29
idman.biz

1Sources