EN

Lalə onları “Vətən xainləri” adlandırdı -VİDEO

"Vətənimizin keşiyində duran əsgərlər var. Onlar bizi qoruyurlar. Biz də müğənnilər musiqinin keşikçiləriyik. Bütün bu baş verənlərin də bir adı var “Vətənə xəyanət”. Heç bir şeylə yaxın düşmür bizim oxuduğumuz və gördüyümüz işlər. Mən onlara “Vətən xainləri” deyirəm. Bu kobud da, sərt də səslənsə də amma belədir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Özəl” verilişində deyib.

 

Musiqi aləmində bayağılığa qarşı olan sənətçi bildirib ki, repertuarında təsadüfü mahnı yoxdur:

 

“Heç kimlə şəxsi ədavətim yoxdur. O bayağı mahnıları ifa edən ifaçıları görəndə onlardan özümə qarşı hörmətsiz davranış görmürəm. Amma mən əgər bu gün səhnədən və musiqidən danışıramsa hər halda ixtiyarım çatır... Hərdən uşaqlarıma da deyirəm ki, mənim repertuarımda təsadüfü mahnı tapmarsınız, çünki hamısını sevə-sevə və ruhum hiss edib oxumuşam”.

 

Chosen
43
5
sfera.az

6Sources