EN

Bu ölkədə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi təsdiqlənib

Avstraliya parlamenti noyabrın 28-də 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verir. Bu, dünyada ilk belə qanundur. Qanun layihəsi sosial şəbəkələrdən artıq istifadə edən uşaqlara aid deyi. Söhbət yalnız yeni qeydiyyatdan gedir.

Messencerlər, onlayn oyunlar, təhsil platformaları və digər oxşar resurslar qanunla əhatə olunmur. Yeni normaya əməl olunmasına görə məsuliyyət sosial şəbəkə operatorlarının üzərinə düşür. 16 yaşından kiçik bir uşağın sosial şəbəkədə qeydiyyatdan keçməsinə icazə verdiyinə görə onları 50 milyon Avstraliya dollarına (32 milyon dollar) qədər cərimə gözləyir. Qanunun hərəkət mexanizminin bütün təfərrüatları və təsviri daha sonra – sınaq müddəti başa çatdıqdan sonra, 2025-ci ilin ortalarında görünməlidir. Qanun yalnız bir ildən sonra, 2025-ci ilin sonunda tam qüvvəyə minəcək.

Rabitə naziri Mişel Rouland bildirib ki, Snapchat, TikTok, X, Reddit, Instagram və Facebook çox güman ki, qanuna tabe olacaq. YouTube “vacib” təhsil komponentinə görə qanundan azad ediləcək.

//Samir Qurbanov, Editor.az

Chosen
12
50
editor.az

10Sources