Lionel Messi "İnter Mayami" ilə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" "TodoFichajes"ə istinadən xəbərinə görə, Messinin "İnter Mayami" ilə danışıqları uğurlu davam edir və yaxın həftələrdə tamamlana bilər.
Yeni müqaviləyə performansla bağlı bonusların daxil ediləcəyi gözlənilir.
Söhbət müqavilənin 2026-cı il dünya çempionatına qədər uzadılmasından gedir.
Hazırkı müqavilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.