EN

ABŞ Yaponiyada raketlər yerləşdirməyə davam edəcək - ekspert

ABŞ Yaponiyada raketlər yerləşdirməyə davam edəcək - ekspert

Donald Trampın rəhbərlik etdiyi yeni Vaşinqton administrasiyası Çinə təzyiq göstərmək üçün Filippin və Yaponiyada ABŞ-ın yerüstü raketlərinin yerləşdirilməsi planlarını həyata keçirməyə davam edəcək. AFN.az xəbər verir ki, bunu TASS-a Yaponiyanın aparıcı hərbi ekspertlərindən biri, Sasakava Sülh Fondunun tədqiqat mərkəzində təhlükəsizlik problemlərini öyrənən qrupa rəhbərlik edən istefada olan kontr-admiral Yasuhiro Kavakami deyib."Görünür, prezident Trampın rəhbərliyi altında əvvəlcə Filippində, sonra isə Yaponiyanın uzaq cənub-qərbindəki Nansey adalarında yerləşdirmə planları Çinə təzyiq məqsədi ilə davam edəcək. Bu cür planlar həm də ABŞ-ın iqtisadi maraqları ilə bağlıdır, çünki onlara Şərqi Çin və Cənubi Çin dənizlərində naviqasiya azadlığı verir”.Bununla belə, ekspert vurğulayıb ki, Tramp administrasiyasının siyasəti vəzifədən gedən prezident Co Baydenin hərəkətlərindən fərqlənəcək. “Biz güman edə bilərik ki, bu, Filippin və Yaponiyadan maliyyə xərcləri də daxil olmaqla, bu raketlərin yerləşdirilməsi yükünü öz çiyninə götürməyi tələb edəcək”, - təqaüddə olan kontr-admiral bildirib.

Chosen
13
afn.az

1Sources