Azərbaycanın xalq rəssamı Rafiq Nəsirov vəfat edib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.