EN

Seneqal Fransa ordusunun ölkədə olmasından narazıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransa hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır.
Oxu.Az bu barədə AP agentliyinə istinadən xəbər verir.
"Seneqal müstəqil, suveren ölkədir və suverenlik hərbi bazaların mövcudluğuna imkan vermir", - deyə ölkə prezidenti Bassiru Diomay Fay Fransanın hərbi bazalarını nəzərdə tutaraq bildirib.
O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə yaxşı və konstruktiv münasibətlərini nümunə gətirib və sonra qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur.
Fay, həmçinin bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə Fransadan rəsmi üzr tələb etmək hüququ var. Seneqal keçmiş Fransa müstəmləkəsidir.
Chosen
73
50
oxu.az

10Sources