EN

Bayden Trampı tənqid etdi: "Yenidən düşünməlidir"

Bayden, Trump-ın Kanada və Meksikaya qarşı tarif təhdidinin chr("39")əks-məhsuldarchr("39") olduğunu açıqlayıb.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, Bayden, Trump-ın ABŞ-ın iki yaxın müttəfiqinə təsir edəcək tarif elanını "yenidən düşünəcəyinə" ümid etdiyini söyləyib.

Prezident Co Bayden yeni seçilmiş prezident Donald Trampın Kanada və Meksikadan idxala rüsum tətbiq etmək planlarını "əks-məhsuldar" olaraq tənqid edib.

"Ümid edirəm ki, o, bunu yenidən nəzərdən keçirəcək və düşünürəm ki, bu, əks məhsuldar bir şeydir" .

Qeyd edək ki, Tramp "Truth Social" sosial şəbəkəsində rəsmi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk gündən ABŞ-yə Kanada və Meksikadan daxil olan bütün mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu bildirib. O həmçinin Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcək. Onun sözlərinə görə, bu tədbirlər ABŞ-yə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan və Birləşmiş Ştatlarda cinayətkarlıq səviyyəsini artıran minlərlə insanın axını ilə bağlıdır.

"Bu Tarif narkotiklər, xüsusən Fentanyl və bütün qeyri-qanuni əcnəbilərin ölkəmizə qarşı işğalını dayandırana qədər qüvvədə qalacaq!" Tramp yazısında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
1
olaylar.az

2Sources