EN

Merkel: NATO 2014-cü ildə Ukraynaya dəstəkdən imtina etməyib...

Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, NATO ölkələri 2014-cü ildə Minsk razılaşmalarının müzakirəsi zamanı Kiyevə hərbi dəstəkdən imtina etməyib...

Poliqon xəbər verir ki, keçmiş kansler bu barədə ZDF televiziyasına müsahibəsində danışıb.

"O vaxt (2014-cü ildə-red.) mən hər şeyi Minsk razılaşmaları əsasında irəliləməyimizə səfərbər etmişdim. Amma eyni zamanda, biz NATO-da Ukraynanı dəstəkləməkdən heç vaxt imtina etməmişik", deyə Almaniya hökumətinin keçmiş rəhbəri bildirib.

Noyabrın 7-də Valday Beynəlxalq Diskussiya Klubunun iclasında Rusiya prezidenti Vladimir Putin bildirib ki, indi Rusiya ilə Avropa ölkələri arasında münasibətlərdə əsas problem etimadsızlıqdır.

Rusiya Federasiyasının rəhbərinin sözlərinə görə, tədricən qarşılıqlı etimada qayıtmaq və son nəticədə vahid təhlükəsizlik sistemi yaratmaq lazımdır. Siyasətçi qeyd edib ki, dünya məsələlərinə inamın olmaması Qərb dövlətlərinin Minsk razılaşmaları ilə aldadılmasını xatırladır və bu, yenidən nəzərdən keçirilməlidir.

Qeyd edək ki, məqsədi Donbassda atəşkəs olan birinci Minsk protokolu 2014-cü ilin sentyabrında, ikincisi isə 2015-ci ilin fevralında imzalanıb. Sənəd Ukraynanın cənub-şərqindəki vəziyyətin nizamlanmasını nəzərdə tuturdu.

Poliqon.info

Chosen
6
poliqon.info

1Sources