EN

"COP29 missiyasının ləyaqətlə yerinə yetirilməsi Qərb imperializmi üçün fiasko oldu" - Deputat

“COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi, əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

“Konfransda ümumbəşəri nəticələrə yol açan qərarların alınması ilə tədbir ərəfəsində ölkəmiz əleyhinə çoxsaylı cəhdlərin, sərf olunan resursların boşa çıxması ilə nəticələndi. Antiteror tədbirlərinin ardınca qınına çəkilmiş, lakin aylar sonra - COP ərəfəsində yenidən “dirçələrək” monitorinqlərə başlayan Aİ-nin Ermənistandakı “müşahidə missiyası”nın səylərinin puça çıxmasının ardınca tədbirdən sonra Ermənistan-Azərbaycan şərti sərhədlərində yenidən fəallaşmasından görünən odur ki, revanş missiyasına start verib.Çox təəssüflər olsun ki, bəzi beynəlxalq subyektlərin rəhbərləri vəzifə öhdəliklərinin və öz xalqlarının milli maraqlarını nəzərə almadan bu prosesdə alət kimi istifadə olunur. Polşa prezidentinin Aİ təxribat missiyasının binokl şousunda iştirak etməsi bu mənada təəssüf doğurur.Təəccüblü deyil ki, Qərbin revanş missiyasına imperializmin Azərbaycandakı marionetləri -  antimilli ünsürlər də adəti üzrə, sözün əsl mənasında, züy tutmaqdadır. Evinə normal modem alıb qoya bilməyən adam, ünsür hökuməti ona internet blokadası tətbiq etməkdə günahlandırır və Qərb muzdu ilə mövcudluğunu sürdürən media o cümlədən, sosial media da belə saxta məlumatları tirajlayır. Belə bir ucuz situasiya ilə üz-üzəyik”.

 

Millət vəkili qeyd edib ki, bəzən cəmiyyətdə xüsusən sosial mediada belə təəssürat formalaşır ki, cəsarət ancaq tənqid etməkdir:

 

“Ən böyük cəsarət əslində yaxşı işlərin dilə gətirilmək bacarığıdır.Biz unutmamalıyıq ki, tariximizin ən qüdrətli dövrünü yaşayırıq. Bu gün dünyanı lərzəyə gətirən güclərin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir. Ona görə də artıq qalib kimi, güclü kimi, İlham Əliyev kimi düşünməyə, qalib kimi davranmağa başlamalıyıq“.


Firuzə Əliyeva

Chosen
39
1
sfera.az

2Sources