EN

Erməni terrorçularının başçısı Azərbaycanla sərhədə GƏLDİ 

Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyinin başçısı, deputat Sasun Mikayelyan Azərbaycanla sərhəddə yerləşən mövqelərə baş çəkib.

Modern.az xəbər verir ki, bu barədə erməni Teleqram kanallarının məlumatında bildirilib.

Qeyd edilib ki, Sasun Mikayelyan “Yerkrapa” batalyonlarının döyüş mövqelərinin dayaq məntəqələrinə baxış keçirib.

O, döyüş növbətçiliyində olan “Yerkrapa” üzvlərinin mənəvi-psixoloji durumu ilə maraqlanıb.
 

“Yerkrapa” Könüllülər Birliyi Azərbaycana qarşı müharibədə fəal iştirak edən terror təşkilatıdır.

“Yerkrapa” hər il Ermənistan büdcəsindən külli miqdarda vəsait alır.

2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə bu təşkilatın 74 üzvü ölüb, 114 üzvü yaralanıb.

Müharibədən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirir. Onlar müxtəlif yaş qrupundandır.

“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur.

“Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır.

Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.

Chosen
5
modern.az

1Sources