EN

Xankəndidə orta aylıq maaş 2 min manata yaxınlaşır - Cədvəl

2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.

Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9 406 nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əmək haqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə orta aylıq nominal əməkhaqqı 1771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.

Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği verilib:

Chosen
1
1
hurriyyet.az

2Sources