Sumqayıtda yerləşən kafelərin birində 40 yaşlı kişi həyatını itirib.
Modern.az xəbər verir ki, 1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.
Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Fakt araşdırılır.