EN

Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər ölüb

"Cəbhət ən-Nusra" terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.

Korrespondent.az xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

"Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.

Chosen
53
8
korrespondent.az

9Sources