EN

“Abzas Media”nın həbsdə olan jurnalistləri həbsxanada da öz araşdırmalarınıdayandırmırlar. Onlar artıq 1 saylı Bakı İstintaq Təcridxanasında məhbuslara fiziki təzyiq faktlarını açıqlayıblar. Bu dəfə onlar diqqəti məhbusların saxlanılma ağır şəraitinin ağır olmasına, dövlət hesabına onlara ayrılan ərzaq, geyim, yataq ləvazimatları, gigiyenik vasitələrin verilməməsinə yönəldiblər.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və onun həmkarları Nərgiz Absalamova və Elnarə Qasımova ictimaiyyətə məktub ünvanlayıblar. Məktub bu nəşrin saytında dərc edilib.

https://abzas.info/az/2024/11/geyim-mlf-dsmal-gigiyenb0aabe85-d/?fbclid=IwY2xjawG2TKtleHRuA2FlbQIxMAABHbDk1XbDmakCtd1WrRFXVfJJllPTPVrdc1Ywe_x6N4sBL8-iDz8bd0FqFQ_aem_CvvCtwalb9YBAf3Q2eT7TQ

“Nəzarətçi qapını açıb kameraya yeni həbs olunmuş qadın gətirəndə məhbuslar əl-ayağa düşür. Biri ona əl-üz sabunu verir, o biri dəsmal. Biri yerini açıb ehtiyata saxladığı mələfəni yatağa sərir, o biri dəyişəcək paltarının olub-olmadığını soruşur. Əgər əşyaları gec gələcəksə, öz paltarlarını ona verirlər”, - məktubda deyilir.

Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı ilə göstərilən ehtiyacları dövlət qarşılamalıdır.

1 saylı Bakı İstintaq Təcridxanasında 170 nəfər qadın saxlanılır. Qadınlar 2-ci korpusun 2-ci mərtəbəsində 27 kamerada yerləşdiriliblər. Əslində bu mərtəbədə 30 kamera var. Onlardan biri qanunsuz olaraq cəza kamerasına çevrilib, biri istifadəsiz saxlanılıb, o birini də nəzarətçilər özləri üçün mətbəx kimi istifadə edirlər.

Əslində qadın məhbusların yatacaq yerə ehtiyacı var. Hazırda 25 qadın çarpayısızlıqdan ya yerdə, ya da bir çarpayıda iki nəfər bükülüb yatır. Hətta ara-sıra bu sıxlığa görə xəsarət alan qadın məhbuslar da olub. Yatağın 2-ci mərtəbəsini bölüşən məhbus qadınlardan biri yıxılıb və qolu çıxıb

İstintaq təcridxanalarında saxlanılan şəxslərin hər birinə bir çarpayı verilməlidir. Bundan başqa, saxlanılan şəxslər adyal (yay və qış üçün), döşək (pambıq), balış (pambıq), mələfə (ildə 2 ədəd), balış üzü (ildə 2 ədəd), əl-üz dəsmalı (ildə 2 ədəd) ilə təmin edilməlidir. Amma qadınlara cəmi bir nazik adyal verilir, qış üçün adyal verilmir. Döşəklər pambıqdan deyil, keyfiyyətsiz yundandır. Hətta o qədər keyfiyyətsizdir ki, kəskin qoxusuna görə imtina edənlər var.

Nazirlər Kabinetinin 22 nömrəli qərarının 4-cü əlavəsində yer alan bu siyahıya görə, saxlanılan şəxslərə təcridxanada balıq, ət, bitki yağı, tərəvəz, un, dəfnə yarpağı, tomat pastası verilməlidir. Bunların heç biri saxlanılan şəxslərə verilmir.

Məhbusların “balanda” adı verdikləri təcridxana yeməyi keyfiyyətsiz olduğundan 27 kameranın yalnız 8-i onu qəbul edi

Həbs edilmiş qadının münasib paltarı yoxdursa, Nazirlər Kabinetinin 22 saylı qərarının 5-ci əlavəsinə görə, ona isti və nazik baş yaylığı, isti gödəkçə, 2 yubka, 2 kofta, 2 don, 2 alt köynəyi, 3 pantalon, 3 döşlük, 4 kolqotka, 6 cüt qısa corab, 12 ədəd gigiyenik paket (1 ay ərzində), mövsümə görə 2 cüt ayaqqabı, 1 cüt çəkələk, 1 cüt əlcək verilməlidir.

“Bu bir il müddətində gördüyümüz o olub ki, hər dəfə təcridxana əməkdaşları “yeni gələn dustağa paltar lazımdır, sizdə olmaz?” deyə soraqlamağa başlayırlar. Burada ehtiyacı olan məhbusa təcridxanadan heç bir geyim verilmir”, - jurnalistlər yazırlar.

Nazirlər Kabinetinin həmin qərarında həbs edilmiş şəxslərin gigiyenik vasitələrlə təminatı yer alıb. Həbs edilmiş şəxsə 1 ay ərzində 250 qram təsərrüfat sabunu, 100 qram əl-üz sabunu, 150 qram yuyucu toz, 3 ədəd ülgüc, 2 ay ərzində bir ədəd diş pastası, diş tozu, 1 ədəd tualet kağızı, 3 ay ərzində 1 ədəd diş fırçası verilməlidir. 

“Burada bir il ərzində apardığımız müşahidəyə əsasən deyə bilərik ki, cəmi 2 dəfə hər kameradan 1-2 nəfərə diş pastası, diş fırçası, yuyucu toz, təsərrüfat sabunu, əl-üz sabunu verilib. Ülgüc, tualet kağızı ümumiyyətlə verilməyib. Amma bu mallar 1, 2 və 3 ay ərzində verilməlidir və hər kəsə çatmalıdır”, - jurnalistlər yazırlar.

Məktubda qeyd olunur ki, 2024-cü il avqustun 10-da 1 saylı Bakı İstintaq Təcridxanası ilə “Abşeron Tekstil” MMC arasında dəyəri 49 min 383 manat olan (30 min dolarla yaxın) satınalma müqaviləsi imzalanıb. 

Bu müqavilə ilə dekabra qədər istintaq təcridxanası 1000 ədəd pambıq döşək, pambıq yorğan, yastıq, yastıq örtükləri, çarşaflar, dəsmallar ilə təmin edilməliydi.

“Bəs bu sadalanan mal və məhsullar həbs edilmiş qadınlara niyə verilmir? Təcridxananın əməkdaşları ilə söhbətdən aydın olur ki, anbarda heç nə yoxdur. Amma məlum deyil ki, Penitensiar Xidmət qanunla verilməli olan mal və məhsulları istintaq təcridxanasına göndərmir, yoxsa göndərilən mallar istintaq təcridxanasında “yoxa çıxır?”, - həbsdə olan jurnalistlərin məktubunda deyilir.

 

Chosen
13
turan.az

1Sources