EN

Suiyada gərginlik: Əsədin qüvvələri “Cəbhət ən-Nusra” ilə döyüşür

Suriyada vəziyyət yendən gərginləşib.
 

Noyabrın 27-də “Cəbhət ən-Nusra” silahlı qruplaşması Hələb əyalətində Suriya ordusu və müttəfiq qoşunlarının mövqelərinə hücuma keçiblər. Bu hücum nəticəsində yaraqlılar bir sıra kəndləri ələ keçirib və əyalətin inzibati mərkəzinə yaxınlaşıblar.

Modern.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

 “Cəbhət ən-Nusra” döyüşçüləri Hələb şəhərinin 7-10 kilometrliyinədək irəliləyiblər.

Daha sonra Suriya Müdafiə Nazirliyi ordunun hücuma reaksiya verdiyini, ölkənin digər bölgələrindən birliklərin döyüş əməliyyatları bölgəsinə köçürüldüyünü açıqlayıb.

Noyabrın 29-na keçən gecə prezident Bəşər Əsədə tabe olan Suriya ordusu Hələb əyalətindəki “Cəbhət ən-Nusra” silahlı qruplaşmasının mövqelərinə əks hücuma keçib. Qruplaşmanın canlı qüvvə və texnika sarıdan böyük itki verdiyi bildirilir.

Bir gün əvvəl Hələb-Dəməşq avtomobil yolu şiddətli döyüşlər və təhlükəsizlik səbəbilə bağlanmışdı.

“Cəbhət ən-Nusra” döyüşçülərinin ələ keçirdiyi yaşayış məntəqələrinin sayı ilə bağlı məlumatlar fərqlidir. “Al Mayadeen”in məlumatına görə, silahlılar ölkənin qərbində 20-dən çox yaşayış məntəqəsini zəbt ediblər.

Telekanalın məlumatına görə, Suriya Ordusunun bölmələri artıq Əl-Bakum şəhərini azad etməyə müvəffəq olub. Bəzi bölgələrdə nizami bölmələr yaraqlıların irəliləməsini dayandırıb.

KİV-in məlumatına görə, Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Cəbhət ən-Nusra”nın mövqelərinə silsilə zərbələr endirib.

Bu arada xəbər verir ki, silahlılar Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutublar.

Media bildirir ki, Ankara Suriya hökumətinə qarşı yönəlmiş “üsyançılar” adlandırdıqları silahlıların hücumuna dəstək verib. Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan vəziyyəti nizamlamaq və münasibətləri normallaşdırmaq üçün Suriya prezidenti Bəşər Əsədlə görüşməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Chosen
90
11
modern.az

10Sources