7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ötən həftə Amerika istehsalı olan 10 Quru Taktik Raket Sistemləri (ATACMS) raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib. Nazirlikdən verilən açıqlamada 23-29 noyabr tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.