"Netflix:-in "Too Hot to Handle" realiti-şousunun ekran simalarından biri olan Olqa Bednarska 150 min funt-sterlinq dəyərində qadağan olunmuş maddələri Böyük Britaniyaya keçirməyə cəhd edərkən yaxalanıb.
“Cebheinfo.az” xəbər verir ki, Mançester hava limanında saxlanılan 27 yaşlı polşalı ulduz içərisində təxminən 40 kiloqram marixuana olan iki böyük çamadanla səyahətə çıxıb.
Bednarska məhkəmədəki müdafiəsində Tex adlı dostunun ona bütün xərcləri ödənilən tətil və 18 min funt-sterlinq ödəmə təklif etdiyini söyləyib. O, daşıdığı yükdə dizayner paltarları və saatların olduğunu düşündüyünü iddia edib. Lakin sərhəd əməkdaşları çemodanların içərisində vakuum bağlamalarda gizlədilmiş ümumilikdə 39,4 kiloqram narkotik vasitə aşkar ediblər.
Prokurorluq bəyan edib ki, Bednarska əvvəlcə çemodanları özü hazırladığını, daha sonra onları hava limanında qəbul etdiyini və parolları bilmədiyini deyib. Bednarskanın 16 min funt-sterlinq borcuna görə bu işə başladığı deyilir.
Məhkəmə Bednarskanın ittihamları qəbul etməsi və əvvəllər heç bir cinayəti olmadığı üçün onun 20 aylıq həbs cəzasını iki il müddətinə təxirə salıb.
Bundan əlavə, onun 15 günlük reabilitasiya proqramında iştirakı qərara alınıb.
Hadisədən sonra Bednarskanın karyerası və ictimai təsiri ilə bağlı müzakirələr davam edir.