EN

Aİ səfiri dezinformasiya yaymaqda ittiham edildi

“Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin Gürcüstanın Avroatlantik inteqrasiya prosesini 4 ildir dayandırması barədə məlumatları həqiqəti əks etdirmir. Səfir dezinformasiya yayır və bununla da cəmiyyəti çaşdırır”.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının "Facebook" səhifəsində dərc olunan bəyanatda deyilir.

Qeyd olunur ki, əslində Gürcüstan hökuməti Aİ ilə Assosiasiya Sazişinin icrasını ciddi şəkildə izləyəcəyini və 2028-ci ilə qədər Assosiasiya Sazişinin 90 faizini yerinə yetirəcəyini vurğulayıb. Pavel Herçinski isə bunları görməzdən gəlir və dezinformasiya yayır.

Chosen
79
49
publika.az

10Sources