EN

Britaniya və İraq insan alverinə qarşı təhlükəsizlik razılaşması imzalayıb

Bakı. Trend:

Böyük Britaniya və İraq arasında insan alveri ilə məşğul olancinayətkar qruplara qarşı mübarizə aparmaq və sərhəd əməkdaşlığınıgücləndirmək məqsədilə təhlükəsizlik razılaşması imzalanıb.

Trend-inməlumatına görə, Böyük Britaniyanın daxili işlər naziri İvet Kuperbu qrupların təhlükəli kiçik qayıqlarla miqrantların daşınmasındanqazanc əldə etdiyini və fəaliyyətlərinin Fransadan Almaniyaya,Avropa boyunca İraqa qədər uzandığını bildirib.

Razılaşma çərçivəsində Böyük Britaniya, İraq hüquq-mühafizəorqanlarının sərhəd təhlükəsizliyi sahəsində təlim keçməsi üçün 300min funt sterlinqə qədər maliyyə yardımı göstərəcək.

Britaniya Daxili İşlər Nazirliyi bu razılaşmanı iki ölkəarasında insan alveri və ciddi təşkilatlanmış cinayətkarlığa qarşıən böyük əməliyyat paketi kimi qiymətləndirib.

Chosen
47
4
az.trend.az

5Sources