EN

İki ölkə arasında təzə meyvə və tərəvəz ticarəti toplantısı keçirilib

Türkiyə ilə Rusiya arasında təzə meyvə-tərəvəz ticarəti sektor nümayəndələrinin qatıldığı zirvədə müzakirə edilib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən "Türkiyə-Rusiya Federasiyası Təzə Meyvə və Tərəvəz Zirvəsi"ndə Türkiyə və Rusiya rəsmiləri ilə sənaye nümayəndələri bir araya gəlib.

Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç yığıncaqda etdiyi çıxışında Türkiyə ilə Rusiya arasında siyasət, mədəniyyət və iqtisadiyyat kimi bir çox fərqli sahədə hərtərəfli əlaqələrin olduğunu bildirib.

Bu əlaqələrdə ticarətin ən önəmli yerə sahib olduğuna diqqət çəkən T.Bilgiç "Bütün bu əlaqələr əslində ticarətimizin inkişafına gətirib çıxarır və ticarətimiz inkişaf etdikcə digər sahələrdə əməkdaşlığımız daha da güclənir" deyib.
Türkiyənin keçən il Rusiyaya təqribən 11 milyard dollar ixrac reallaşdırdığını bildirən Bilgiç bu ixracatda kənd təsərrüfatı məhsullarının 2 milyard dollarlıq payı olduğunu qeyd edib.

Təzə meyvə və tərəvəzə strateji məhsul kimi baxdıqlarını vurğulayan Bilgiç "Kənd təsərrüfatı istehsalı illər keçdikcə artır, anbarlar və iqlim dəyişir. Təzə meyvə-tərəvəz istehsal imkanlarımız da artır" deyib.

Sammitdə Türkiyənin Təzə Meyvə-Tərəvəz İxracatçıları Birlikləri Sektor Şurasının sədri Əli Kavak, Rusiya Federal Bitki Sağlamlığı Nəzarəti Xidmətinin (Roselhodnadzor) sədrliyinin baş müşaviri Vasili Lavrovski və Rusiya keyfiyyətə nəzarət qurumu Roskaçestvo İdarə Heyəti sədrinin müavini Olga Şanayeva ilə yanaşı bir çox sektor nümayəndələri iştirak ediblər.

Chosen
33
2
sesqazeti.az

3Sources