EN

Niderlandın F-35 qırıcıları Baltikyanı hava məkanını patrul etmək üçün Estoniyaya gəldi

Bakı, TurkicWorld

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi məlum olub.

TurkicWorld xəbər verir ki, bu barədə Energetika Nazirliyinin "X" hesabındakı paylaşımında bildirilib.

Qeyd olunub ki, TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilməsi üçün 2024-cü ilin 25 noyabr tarixinədək ümumilikdə təqribən 73,3 milyard kubmetr həcmində qaz ötürülüb.

"Bu gün Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılışından 5 il ötür. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan TANAP Şahdəniz qaz kondensat yatağından hasil edilən qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP kəmərinə birləşir. TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilməsi üçün 2024-cü ilin 25 noyabr tarixinədək ümumilikdə təqribən 73,3 milyard kubmetr həcmində qaz ötürülüb", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılışından 5 il ötür. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan TANAP Şahdəniz qaz kondensat yatağından hasil edilən qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.

Türkiyə ərazisində TANAP boru kəmərinin doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.
TANAP-ın işə salınma mərasimi 2018-ci il iyunun 12-də Türkiyədə Əskişəhərdə keçirilib. Türkiyəyə ilk kommersiya tədarükləri 2018-ci il iyunun 30-da başlayıb. TANAP-ın Avropa ilə birləşdirilməsinin açılış mərasimi 2019-cu il noyabrın 30-da Türkiyənin İpsala şəhərində keçirilib.

Chosen
10
turkic.world

1Sources