EN

Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi?

Bakıda keçirilmiş COP29 iqlim sammiti Azərbaycanın qlobalmiqyasda uğuru kimi yadda qalsa da, bu hadisənin daha vacib birtərəfi də var: qlobal miqyaslı toplantının başa çatması həm dəAzərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlarda elan etdiyimüvəqqəti fasilənin sonu hesab edilə bilər. Azərbaycan dəfələrləbəyan etmişdi ki, noyabrın sonu və ya dekabrın əvvəlində danışıqlarbərpa olunacaq. Bu mərhələ tərəflərin sülhə real hazırolub-olmamasını göstərmək üçün ciddi sınaq rolunu oynayacaq.

Məntiqlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsininimzalanmasına yönəlmiş danışıqlar prosesi COP29 öncəsindədayandırıldığı nöqtədən bərpa oluna bilərdi. Nəzəriyyədə belədir -reallıqda isə vəziyyət çox mürəkkəbdir. Ermənistanın baş naziriNikol Paşinyan bəyanatları ilə hərəkətləri arasında böyükziddiyyətlərə fasilə verməyərək sülh prosesinə qeyri-konstruktivyanaşmasını davam etdirir.

COP29 öncəsində Ermənistan növbəti dəfə öz xəyallarınıbeynəlxalq dəstək üzərində quraraq, Azərbaycan üzərində təzyiqyaradılacağına dair illüziyalara qapılmışdı. İrəvan ümidlənmişdiki, kollektiv Qərb rəsmi Bakıya təzyiq göstərəcək və Bakı sammitçərçivəsində natamam, "çiy" sülh sazişini imzalamağa məcburediləcək. Ermənistan belə bir ssenari ilə Azərbaycan üçünprinsipial əhəmiyyət daşıyan şərtləri sazişdən çıxarmaq və özmaraqlarını təmin etmək üçün fürsət əldə edəcəyini düşünürdü. Beləyanaşma əslində İrəvanın 44 günlük İkinci Qarabağ Müharibəsindənsonra Bakının formalaşdırdığı reallıqları qəbul etmək istəmədiyinivə əvvəlki təxribatçı siyasətini davam etdirmək niyyətində olduğununümayiş etdirirdi.

Bakı bu cür təzyiq və manipulyasiyalara qarşı möhkəm dayanaraqbir daha prinsipial mövqeyini ortaya qoydu. Azərbaycan açıq şəkildəbildirdi ki, milli maraqlarına zidd olan və postmüharibəreallıqlarını gözardı edən hər hansı təklif qəbul edilməyəcək.Xarici təzyiqlərlə Azərbaycanın sülh sazişi imzalamasına nail olmaqcəhdləri bir daha uğursuzluğa düçar oldu. Ermənistanın COP29-danöncəki strategiyası gözlənildiyi kimi nəticə vermədi və bu,İrəvanın beynəlxalq arenada mövqeyinin zəifliyini bir daha üzəçıxardı.

Azərbaycanın möhkəm duruşu fonunda Ermənistanın taktikası yalnızİrəvana müəyyən qədər vaxt qazandırmaqdan başqa heç bir nəticəvermədi. Bu müddət ərzində Ermənistan vəziyyəti analiz edərəkgələcək addımlarını yenidən nəzərdən keçirmək imkanı əldə etdi.Lakin təəssüf ki, bu müddət ərzində İrəvanın siyasətində heç birkonstruktiv dəyişiklik müşahidə olunmadı. Əksinə, Ermənistanəvvəlki kimi, reallıqları qəbul etməkdən yayınaraq, təxribatçıritorikasını davam etdirməyə üstünlük verdi.

COP29-un keçirilməsi əslində, Ermənistan üçün vəziyyətikonstruktiv yanaşma ilə dəyişdirmək üçün müstəsna fürsət olabilərdi. İrəvan imkandan yararlanaraq Bakı ilə real dialoqayönəlmiş addımlar ata və regionda uzunmüddətli sülhün təminolunmasına töhfə verə bilərdi. Bunun əvəzinə, Ermənistan bir dahaözünü beynəlxalq təzyiqlərə bel bağlayan, reallıqlardan uzaq birmövqedə göstərdi. Belə yanaşma nəinki Ermənistanın danışıqlardamövqeyini zəiflədir, eyni zamanda regionda sülh perspektivlərini dəsual altına alır. Azərbaycan isə, öz növbəsində möhkəm vəprinsipial mövqeyini qoruyaraq həm diplomatik, həm də digər mümkünssenarilər üçün tam hazırlıqlı olduğunu bir daha sübut etdi.Ermənistanın bu illüziyaları yalnız İrəvanın reallıqdan nə qədəruzaq olduğunu göstərir və bu siyasət regionun sabitliyi üçün cidditəhdid olaraq qalır.

COP29-dan sonra Ermənistan baş naziri Nikol Paşinyanın verdiyimüsahibə İrəvanın sülh prosesində həqiqi irəliləyişə nail olmaqdançox, taktiki üstünlük qazanmağa çalışdığını bir daha sübut etdi.Paşinyan sülh sazişinin ilin sonuna qədər imzalanmasına hazırolduğunu bəyan etsə də, təklif etdiyi "kompromislər" daha çoxgörüntü xatirinə gündəmə gətirilən, əslində isə vaxt qazanmağa vəAzərbaycanın strateji planlarına mane olmağa yönəlmiş addımlar idi.Təkliflərdən biri avropalı müşahidəçilərin delimitasiya olunmuşsərhəd bölgələrindən çıxarılması məsələsini əhatə edirdi.Ermənistanın əvvəlcə Avropa İttifaqını regiona müşahidə missiyasıgöndərməyə təşviq etməsi və indi isə onların fəaliyyətiniməhdudlaşdırmağa yönələn çağırışları, sülhə xidmət edən realaddımlardan çox, İrəvanın öz maraqlarına uyğun taktiki manevrlərikimi qiymətləndirilir. Azərbaycan isə bu məsələdə prinsipialmövqedən çıxış edərək, Praqada əldə edilmiş razılaşmaların tamicrasını tələb edir və birtərəfli yanaşmaları qəbul etmir.

Ermənistanın digər "kompromisi" isə məhkəmə iddialarındanqarşılıqlı imtina təklifi oldu. Bu təklifin mahiyyəti Azərbaycanınişğal dövründə ekoloji fəlakətlərə və təbii resursların talanınagörə beynəlxalq məhkəmələrə müraciət niyyətinə mane olmaqdanibarətdir. Qeyd edilməlidir ki, Azərbaycan tərəfindən təqdimediləcək hüquqi iddiaların ümumi məbləğinin milyardlarla dollartəşkil edəcəyi gözlənilir. Bu isə iqtisadi baxımdan artıq çətinvəziyyətdə olan Ermənistan üçün ciddi maliyyə yükü deməkdir.

Ermənistanın məhkəmə iddialarından qarşılıqlı imtina təklifi,əslində, hüquqi məsuliyyətdən qaçmaq və özünün törətdiyi ekolojicinayətlərin beynəlxalq səviyyədə tanınmasının qarşısını almaqcəhdindən başqa bir şey deyil. Ermənistanın bu cür təklifləri sülhprosesini irəli aparmaqdan çox, diqqəti yayındırmağa və mövcudproblemləri ört-basdır etməyə xidmət edir. Beləliklə, Ermənistanınirəli sürdüyü "kompromislər" ilk baxışdan konstruktiv görünsə də,əslində, onların arxasında gizlənən niyyətlər, sülh prosesinəsəmimi yanaşmanın olmadığını göstərir.

Ermənistanın Konstitusiyası da sülh prosesinin qarşısında ənciddi maneələrdən biri olaraq qalır. Nikol Paşinyanın sonmüsahibəsində verdiyi bəyanat, yəni Konstitusiyada heç birdəyişiklik edilməyəcəyi barədə mövqeyi İrəvanın qonşuları ilə realsülhə hazır olmadığını bir daha göstərdi. ErmənistanKonstitusiyasında Qarabağa dair ərazi iddialarının saxlanılması vəbu maddələrin dəyişdirilməməsi, İrəvanın sülh prosesinə formalyanaşmasını açıq şəkildə nümayiş etdirir. Ermənistan bu müddəalarlaözünü hüquqi baxımdan gələcəkdə yeni ərazi iddiaları üçün “açıqqapı” saxlayan mövqedə yerləşdirir ki, bu da sülhə deyil, bölgədəgərginliyin təzədən alovlanmasına xidmət edir.

Bakı İrəvandan müharibənin nəticələrini qəbul edərək,Ermənistanın hər hansı ərazi iddialarından rəsmi imtina etməsinitələb edir. Amma Konstitusiyada dəyişikliyin olmaması, Ermənistanınbu tələbi qəbul etmək niyyətində olmadığını göstərir. Beləliklə, buyanaşma sülh prosesinə kölgə salır və Ermənistanın regiondadayanıqlı sülhün təmin olunmasına maraqlı olmadığını ortaya qoyur.Bununla yanaşı, Konstitusiyada ərazi iddialarını qorumaqlaErmənistan öz xalqını növbəti illər ərzində revizionist vərevanşist siyasətə yönəltmiş olur ki, bu da bölgədə yeni qarşıdurmaehtimalını artırır. Bu siyasət təkcə Ermənistan-Azərbaycanmünasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyəciddi təhdiddir.

Ermənistanın bu addımı həm də İrəvanın beynəlxalq öhdəliklərəmünasibətini şübhə altına alır. Sülh prosesində tərəf kimi çıxışedən bir dövlətin öz Konstitusiyasında qonşu ölkənin ərazisinəiddiaları qoruması, həmin dövlətin beynəlxalq hüququ pozmaqda davametməsi deməkdir. Bu yanaşma Ermənistanın sülh niyyətinin yalnızsözdə olduğunu və əslində prosesin sabotajına çalışdığınıgöstərir.

Konstitusiya dəyişikliyi Ermənistanın sülh prosesinə həqiqibağlılığının əsas göstəricilərindən biri ola bilərdi. Paşinyanınson bəyanatları göstərir ki, İrəvan sülhə səmimi yanaşmaq əvəzinə,mövcud vəziyyətdən vaxt qazanmaq və gələcəkdə münaqişəni təzədənalovlandırmaq üçün istifadə etməyə çalışır. Ermənistanın bu mövqeyihəm Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə, həm də bölgədəbeynəlxalq hüquqa əsaslanan sülhün qurulmasına maneədir.

Konstitusiyada dəyişikliklərin olmaması yalnız Ermənistanınsiyasi və hüquqi reallıqlardan uzaq olduğunu sübut etməklə bahəmgələcəkdə mümkün diplomatik uğursuzluqların əsasını qoyur.Azərbaycan isə bu reallıqla üzləşərək, hər zaman olduğu kimi, həmdiplomatik səhnədə, həm də müxtəlif ssenarilərə hazır olaraq özmilli maraqlarını müdafiə etməkdə qətiyyətlidir. Ermənistan üçünisə bu vəziyyət danışıqların dalana dirənməsi və sülhperspektivlərinin daha da mürəkkəbləşməsi ilə nəticələnə bilər.

Bakının sülhə olan sadiqliyini və bu istiqamətdəki ardıcılsəylərini dəfələrlə nümayiş etdirmişdir. Lakin rəsmi Bakı birmənalışəkildə bəyan etmişdir ki, bu sülh milli maraqların qorunması vəpostmüharibə reallıqlarının tam şəkildə qəbul edilməsi çərçivəsindəmümkündür. Azərbaycanın prinsipial mövqeyi müharibəninnəticələrinin sıfırlanmasını və ya danışıqlar yolu ilədəyişdirilməsini qeyri-mümkün edir. Sülh sazişi üzrə Azərbaycanınirəli sürdüyü əsas tələblər isə dəyişməz olaraq qalır və bu,Ermənistanla danışıqların uğurla yekunlaşması üçün əsasşərtlərdir.

Əvvəla, Azərbaycanın ərazi bütövlüyünün, o cümlədən Qarabağınölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanınması danışıqlarınaparılması üçün ilkin və zəruri şərtdir. Bu tələb beynəlxalq hüquqprinsiplərinə əsaslanır və Azərbaycanın milli suverenliyinintoxunulmazlığını təmin edir. Hər hansı şübhə doğurmayan bu tələbhəm də regionda uzunmüddətli sülh və sabitlik üçün baza rolunuoynayır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam vəqeyd-şərtsiz şəkildə tanıması, həm də müharibənin nəticələrininhüquqi və siyasi təsdiqini ifadə edir.

İkincisi, Ermənistanın hər hansı ərazi iddialarından rəsmənimtina etməsi zəruridir. Ermənistanın Konstitusiyasında və ya digərrəsmi sənədlərində Azərbaycanın ərazisinə dair iddialarınsaxlanılması regionda yeni gərginliklərin yaranmasına zəmin yaradabilər. Bu cür yanaşma yalnız tərəflər arasında mövcud gərginliyidərinləşdirər və sülh prosesini səmərəsiz edər. Buna görə də,Ermənistan ərazi iddialarına rəsmən son qoymalı və bu mövzudagələcəkdə hər hansı spekulyasiyadan çəkinməlidir.

Nəhayət, Ermənistan işğal dövründə Azərbaycanın ərazilərinəvurduğu zərərlərə görə təzminat ödəməlidir. İşğal illərindəAzərbaycanın maddi və mənəvi sərvətləri talan edilmiş, təbiiresursları qeyri-qanuni şəkildə istismar olunmuşdur. Bununlayanaşı, ərazilərdə törədilmiş ekoloji cinayətlər və mədəni irsinməhv edilməsi beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməli vəErmənistanın bu məsuliyyətdən yayınmasına yol verilməməlidir.Təqdim ediləcək hüquqi iddiaların məbləği milyardlarla dollarhəcmində ola bilər ki, bu da Ermənistanın öz məsuliyyətini dərketməsini təmin edəcək.

Əgər Ermənistan bu tələbləri nəzərə almasa və onların icrasınaistiqamətlənmiş konkret addımlar atmasa, sülh danışıqları yenidəndalana dirənə bilər. Azərbaycan isə yaranmış vəziyyətdən asılıolmayaraq həm diplomatik dialoqa, həm də müxtəlif ssenarilərə tamhazır olduğunu dəfələrlə sübut etmişdir. Rəsmi Bakı sülh prosesininuğurla başa çatdırılmasına üstünlük versə də, milli maraqlarıntəmin olunması və dövlət suverenliyinin qorunması naminə zəruriolan istənilən vasitədən istifadə etmək hüququnu özündə saxlayır.Ermənistan üçün isə bu seçim tarixi bir sınaqdır: ya sülh vəsabitlik yolunu seçərək regionun inkişafına töhfə verəcək, ya daillüziyalardan əl çəkməyərək yeni gərginliklərə səbəb olacaq. Buvəziyyətdə isə Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək və hərzaman regionun siyasi, iqtisadi və təhlükəsizlik mənzərəsini özmaraqlarına uyğun şəkildə formalaşdırmağa davam edəcəkdir.

COP29-dan sonra danışıqların bərpası İrəvan üçün əsl sınaqdır.Ermənistan ya real kompromislərə gedərək qonşuları ilə mehribanqonşuluq münasibətlərini quracaq, ya da keçmişin illüziyalarınasadiq qalaraq, yeni təxribatlara əl atacaq.

Bakı aydın şəkildə göstərir ki, sülhə yalnız postmüharibəreallıqlarını nəzərə alaraq nail olunacaq. Paşinyanın sülhmüqaviləsinə yönəlmiş danışıqlarla bağlı bəyanatların sözlərdəqalması, lakin əməli addımların olmaması regionda uzunmüddətlisabitliyə təhlükə yaradır.

İrəvan seçimini etməlidir. Fəqət, əsla unutmamalıdır ki, sülhyalnız qalib tərəfin tələbləri çərçivəsində mümkündür.

Chosen
19
5
az.trend.az

6Sources