EN

"Ukraynanın “Maydanı”nın ssenarisi Gürcüstanda təkrarlanmayacaq" - baş nazir Kobaxidze

Ukraynanın “Maydanı” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.

Sitat.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Radikallar və onların xarici himayədarları həmişə ölkədə iğtişaşlar törətmək və Gürcüstanı ukraynalaşdırmaq üçün bir səbəb tapmağa çalışırlar, onlar hələ dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara malik müstəqil dövlətdir.

Ən əsası, dövlətin  möhkəmliyini heç kim sarsıtmayan təcrübəli və müdrik xalqı var. Ona görə də, Gürcüstanda “Maydan” ssenarisi reallaşa bilməyəcək və dövlət buna imkan verməyəcək" - Kobaxidze brifinqdə deyib.

Seymur,

Sitat.info

Chosen
46
2
sitat.info

5Sources