EN

İraq Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

İraq Suriyada münaqişənin şiddətlənməsi fonunda bu ölkə ilə sərhədində təhlükəsizliyi gücləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi INA xəbər agentliyinə bildirib.

“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - əl-Suaydi deyib.

Daha əvvəl İraqın müdafiə naziri Sabit Abbasi də İraq ordusunun ölkənin sərhədlərini və hava məkanını istənilən təhlükədən qorumağa hazır olduğunu vurğulamışdı.

Chosen
11
11
ikisahil.az

10Sources