EN

2250 illik kanalizasiya sistemi tapıldı

YUNESKO-nun Ümumdünya İrsi Siyahısında olan və “Qladiatorlar şəhəri” olaraq tanınan, dünyanın ən böyük mərmər şəhərləri arasında yer alan Stratonikeiada 1977-ci ildə başlayan qazıntılar davam edir.

Publika.az xəbər verir ki, Helenistik, Roma və Bizans dövrləri ilə yanaşı, Anadolu bəylikləri, Osmanlı və Türkiyə Cümhuriyyəti dövrləri üçün də əhəmiyyətli olan antik şəhərdə ilin 12 ayı davam edən qazıntılar zamanı qiymətli əsərlər üzə çıxarılıb.

Görülən işlər zamanı bir çox tapıntıların çıxarılması ilə tarix canlanıb.

Stratonikeia Qədim Şəhər Qazıntı Komitəsinin sədri Bilal Söğüt bildirib ki, tarixi bölgədə şəhərləşmə, məskunlaşma və həyat izləri ilə bağlı qalıqlar tapılır:

Chosen
16
publika.az

1Sources