EN

Azərbaycana Monqolustandan ət idxalına tələbat artır VİDEO

Azərbaycana Monqolustandan ət idxal edilir. Əsasən dondurulmuş halda olan belə ətə tələbat kifayət qədərdir.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bunun əsas səbəbi ölkədə ətin bahalaşmasıdır. 

İqtisadçı deyib ki, Azərbaycan Monqolustandan uzaq olduğuna görə, bu idxal elə də çox deyil. Ölkəmizə oradan ildə təqribən 120 ton həcmdə ət idxal olunur. 

Xalid Kərimli hesab edir ki, qiymətlərin aşağı olması keyfiyyətlə bağlı deyil. Əgər ətin keyfiyyəti ilə bağlı insan səhhətində hər hansı bir problem olsaydı, o, ümumiyyətlə ölkəyə buraxılmazdı.

Mağaza sahibləri isə bildirdilər ki, Monqolustandan gətirilən ətlə yerli ətin dadında və görünüşündə heç bir fərq olmur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
75
50
xezerxeber.az

10Sources