EN

Gürcüstan prezidenti istefa verməyəcəyini bildirib

Gürcüstan prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bəyan edib.

 

Bu barədə S.Zurabişvili televiziya müraciətində bildirib.

 

"Mən sizin prezident olaraq qalıram, legitim parlament mövcud deyil. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir", - deyə o bildirib.

Tarix: 30 Noyabr 2024, 21:26   
Chosen
13
16
pravda.az

9Sources