EN

Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.

Aznews.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar artıq yolu; yəni şəhərin mərkəzi prospektini bağlayıb.

Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.

Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.

Chosen
40
7
aznews.az

10Sources