EN

Gürcüstanın XİN başçısının müavini və ABŞ-dəki səfiri etirazlar fonunda istefa veriblər

Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, habelə ölkənin ABŞ və Litvadakı səfirləri David Zalkaliani və Salome Şafakidze paytaxt Tbilisi və digər şəhərlərdəki etirazlar fonunda istefa veriblər.

“Report” xəbər verir ki, bu barədə “Formula” telekanalı XİN-dəki mənbəyə istinadən bildirib, Şafakidze isə istefasını sosial şəbəkədə açıqlayıb.

Qeyd edək ki, David Zalkaliani ölkənin sabiq xarici işlər naziridir.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını elan etmişdi.

Chosen
102
1
azpolitika.info

2Sources