EN

İçki ziyafəti QANLA BİTDİ - Xanımını 10 bıçaq zərbəsi ilə QƏTLƏ YETİRDİ

Leninqrad vilayətində 56 yaşlı kişi xanımına 10 bıçaq zərbəsi vurub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, hadisə Luqa şəhərində baş verib. Kişi həyat yoldaşı ilə mübahisə edib və münaqişə zamanı mətbəx bıçağı ilə ona 10 bıçaq zərbəsi endirib. Qadını xilas etmək mümkün olmayıb.

Hücum edən şəxs saxlanılıb, ona qarşı cinayət işi açılıb.

Məlumata görə, hadisə baş verən zaman kişi və onun yoldaşı ziyafət verib, spirtli içki içiblər.

Hadisədən sonra həmin şəxs özü polisə zəng edərək hər şeyi etiraf edib.

Hücum edən şəxs 1991-ci ildə müdafiəni aşmaqda və ehtiyatsızlıqdan insanı fiziki cəhətdən məhv etməkdə təqsirli bilinib. Bir ildən sonra hökm dəyişdirilib və azadlığa buraxılıb.(Publika.az)

Chosen
5
2
olke.az

3Sources