EN

Ədliyyə orqanlarına qulluğa qəbul imtahanında 116 namizəd müsahibəyə buraxılıb - YENİLƏNİB

2024-cü il dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil edilib.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunub. Onlardan 80 tapşırıq qanunvericilik üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Qanunvericiliyə aid tapşırıqlar üzrə hər düzgün cavab 1, məntiq üzrə isə 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 185 nəfərdən 2 nəfər imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 116 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3 – 4 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).

07:45

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 1-də Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirir.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, imtahanda 185 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 tapşırıq hüquq və qanunvericilik sahəsi üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1, məntiq üzrə isə hər düzgün cavab 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Chosen
78
14
bakivaxti.az

10Sources