EN

“Sepah” komandanı İranın Suriyadakı hərbi korpus rəisinin ölümünü təsdiqləyib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandanı general-leytenant Hüseyn Salami Suriyada hökumət qüvvələri ilə Suriya üsyançıları arasında döyüşlər zamanı İranın Suriyadakı hərbi məsləhətçilər korpusunun rəisi İİKK general-mayoru Kiyumars Purhəşəminin öldüyünü təsdiqləyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Salaminin bəyanatını “Sepah”ın mətbuat xidməti yayıb.

O, üsyançıların fəallaşmasına görə məsuliyyəti İsrailin üzərinə qoyub.

Xatırladaq ki, daha əvvəl SNN telekanalı Purhəşəminin “Suriyanın şimalında terrorçuların hücumu nəticəsində” öldüyünü bildirmişdi.

Chosen
21
45
nocomment.az

10Sources