EN

Tbilisidə etirazçılar polisə pirotexniki vasitələr və daş atıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları yenidən ali qanunverici orqanın pəncərələrinə və polisə pirotexniki vasitələr və daşlar atmağa başlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, daş zərbələrindən özlərini qalxanlarla qoruyan Daxili İşlər Nazirliyinin əməkdaşları aqressiv gənclərin binanın divarlarına yaxınlaşmasının qarşısını almağa çalışırlar.

Vaxtaşırı polis yaxınlaşan etirazçılara su səpmək üçün yanğın şlanqından istifadə edir.

Bu anlarda parlament binasına bitişik küçələrə Daxili İşlər Nazirliyinin polis və xüsusi təyinatlı dəstələri səfərbər edilib. Etirazçılar mütəmadi olaraq polisi təhqir edirlər.

Chosen
52
5
azpolitika.info

10Sources