EN

Suriya Milli Ordusu yeni hədəfini açıqlayıb

Suriya

Suriya Milli Ordusunun (SMO) başçılıq etdiyi müxalifət Hələb, İdlib, Həma və nəhayət Tel Rifatı ələ keçirdikdən sonra Suriya Müvəqqəti Hökumətinin baş naziri Abdurrahman Mustafa yeni hədəflərini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Əbdürrəhman Mustafa növbəti hədəfin Menbiç olduğunu bildirib.

“Bu gün bizim üçün çox əhəmiyyətli bir gündür. Tel Rıfatın azad edilməsi bizim üçün çox önəmlidir. “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatı bölgəsində mülki şəxslər hədəfə alınırdı. İndi bildiyiniz kimi, Tel xalqı Rıfat bizim nəzarətimiz altındadır. PKK terror təşkilatını Hələbdən və Hələbin şimalından tamamilə təmizləyəcəyik. Növbəti hədəf Menbicdir”,- Ə. Mustafa deyib.

E. KAMAL
Chosen
51
44
reyting.az

10Sources