Meksikada prokurorlar San Pedro Çolula bələdiyyəsindəki şəxsi iqamətgahda səkkiz aslan balası, altı benqal pələngi və bir amerikan bizonu da daxil olmaqla 36 ekzotik heyvan tapılandan sonra cinayət işi açıb...
Poliqon xəbər verir ki, bu barədə "Mexico News Daily" nəşri yazıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın sonunda araşdırma aparıblar. Onlar heyvanların hansı şəraitdə saxlandığını öyrənmək və onların vəziyyətini qiymətləndirmək istəyiblər. Heyvanlar sağlam olublar və yaxşı qidalanıblar. Amma heyvanların qanuni mənşəyini təsdiq edən sənədlər olmadığı üçün cinayət iş açılıb. Bundan əlavə, məsul şəxs iqamətgahın vəhşi təbiətin mühafizəsi sahəsi kimi qeydiyyata alındığını təsdiqləyən sənəd təqdim etməyib.
El Financiero qəzetinin yazdığına görə, mülkün sahibi "Pələng" ləqəbli Fransisko Torres Palasios Sinaloa kartelinin (Meksikanın ən böyük narkokarteli-red.) liderləheyvanlara baxan 40 nəfərlə əlaqəlidir. əvvəlki reyd zamanı həbs edilib.
Nəşrin yazdığına görə, araşdırmadan sonra ev sahibinin qanuni nümayəndəsi araşdırma davam edərkən iqamətgahın ekzotik sakinlərinə qulluq edəcək işçi təyin edib. Benqal pələngləri də daxil olmaqla bəzi heyvanlar nəsli kəsilməkdə olan növlərdir və qanunla qorunur.
Poliqon.info