EN

Nuru paşa Sabirabadda bu evdə qalıbmış - VİDEO

Bulduq kəndindəki bir ev digərlərindən çox fərqlənir. Bu evi fərqli edən onun tarixi keçmişidir.

İctimai TV Sabirabadın Bulduq kəndində yerləşən həmin evdən süjet hazırlayıb.

Bildririlir ki, ev dövrün zəngin bəylərindən biri olan Kərbəlayi Nəcəfqulu bəyə məxsusdur. Bulduq kəndinin əsası Nəcəfqulu bəyin babası Osmanlı ordusunun yüzbaşısı Mirzəli bəy tərəfindən qoyulub.

Nəcəfqulu bəyin qohumu Əliş Rzayevin sözlərinə görə, bu torpaqlar 1831-ci ildə türk ordusunun yüzbaşısı Mirzəliyə hədiyyə olunub.

1888-ci ildə evin bünövrəsi qoyulan zaman Kür daşqınları ziyan vurmasın deyə ən hündür yer seçilir.

1918-cı ildə mart qırğını zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam ordusunun komandanı general Nuru paşa öz dəstəsi ilə birlikdə Kürdəmir və Şamaxı rayonlarını daşnak-bolşevik birləşmələrindən təmizlədikdən sonra Bakıya gedərkən yolunu Sabirabaddan salır.

Ə.Rzayev bildirib ki, Nuru paşa tarixi keçmişi özündə gizlədən bu evdə qalıb.

Ətraflı süjetdə:

Chosen
18
34
yenigundem.az

10Sources