EN

Azot gübrəsinin ixracından 102 milyon dollardan çox vəsait daxil olub

Fins.az - Bu ilin yanvar-oktyabr aylarında ölkədən 102,1 milyon ABŞ dolları dəyərində 454 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 60,8 faiz, həcm baxımından isə 76,3 faiz çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,45 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,64 faizə bərabər olub.

Chosen
13
1
fins.az

2Sources