EN

Rusiyadan gələn il üçün rekord müdafiə büdcəsi - 13,5 trilyon rubl ayrıldı

Rusiya lideri Vladimir Putin gələn il üçün rekord səviyyədə müdafiə xərclərinin yer aldığı yeni büdcə layihəsini təsdiqləyib.

“AzPolitika” xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında bəyanat dərc edilib.

Məlumata görə, 2025-c ildəki büdcənin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb ki, bu da 13,5 trilyon rubl (145 milyard dollardan artıq-red.) məbləğ deməkdir. Qeyd olunur ki, bu rəqəm cari ilin göstəricisindən 28,3% çoxdur.

Hökumət büdcə layihəsini "tarazlaşdırılmış" olaraq təqdim edib, büdcə kəsirinin bu ilə proqnozlaşdırılan 1.7 faizlə müqayisədə 0.5 faizə düşdüyünü bildirir.

“AzPolitika.info”

Chosen
26
azpolitika.info

1Sources