EN

İsrail yenidən Livan ərazilərini HƏDƏFƏ ALDI

İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, Hizbullahın hərəkətlərinə cavab olaraq Livanın cənubunda əməliyyat keçirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda qeyd edilib ki, bu əməliyyat çərçivəsində İsrail Müdafiə Qüvvələri Hizbullahın Bekaadakı raket istehsalı obyekti ərazisindəki bir neçə hərbi nəqliyyat vasitəsini hədəf alıb.

“Suriya-Livan sərhədinə bitişik Hermel bölgəsində silah qaçaqmalçılığı üçün istifadə edilən terror infrastruktur obyektlərinə zərbələr endirilib ki, bunlar da İsrail dövləti üçün təhlükə yaradır və atəşkəs razılaşmalarını pozurdu”, - məlumatda deyilir.

İDF əməliyyat vaxtı yaralanan Livan ordusunun əsgəri ilə bağlı məlumatlı olduqlarını və məsələnin araşdırıldığını qeyd edib.
Chosen
56
6
bakupost.az

10Sources