EN

Elton Condan səhnədə kədərli etiraf

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniyalı müğənni, bəstəkar Elton Con Londonda özünün "Şeytan "Prada" geyinir" müziklinin premyerasında kədərli etiraf edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Daily Star" xəbər yayıb.
Bildirilir ki, o, tamaşadan sonra səhnəyə çıxaraq səhnədən demək olar ki, heç nə görmədiyini bildirib.
"Amma dinləməyi sevdim və lənət olsun, bu gün yaxşı səslənirdi ", - deyə o bildirib.
77 yaşlı sənətçi əlavə edib ki, görmə probleminə görə şounun premyerasında da iştirak edə bilməyib.
"Görmək mənim üçün çətindir, amma qulaq asmağı sevirəm və bu axşam hər şey yaxşı səslənirdi. Gəldiyiniz üçün təşəkkür edirəm!" - deyə Elton Con sözlərini tamamlayıb.
Səhnədən düşmək üçün ona kömək lazım olub.
Xatırladaq ki, bundan əvvəl dünyaca məşhur britaniyalı müğənni görmə qabiliyyətində yaranan ciddi problemlə əlaqədar yeni albomu üzərində işini tamamlamaqda çətinlik çəkdiyini bildirmişdi.
Chosen
39
oxu.az

1Sources